Yaponiyanın paytaxtı Tokioda aerobika üzrə Dünya kubokunun növbəti mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycanın Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cütlüyü yarışda fəxri kürsiyə yüksəlib.
Dünya çempionatının gümüş mükafatçıları Tokioda da ikinci yeri tutublar. Təsnifat mərhələsində uğurla çıxış edən təmsilçilərimiz finalda 19.400 xal toplayıblar.
Qeyd edək ki, Dünya kubokunda 19 ölkədən yüzdən çox gimnast iştirak edib.
Gimnastımıza xüsusi mükafat təqdim olunub
Təmsilçilərimiz Avropa çempionatında daha 2 medal qazanıb
Dünya kubokunun açılış mərasimi keçirilib
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb
Selcan Mahsudovadan bürünc medal