AZ

Ermənistanda gərginlik PİK HƏDDƏ – Küçə döyüşləri BAŞLAYIR...

Ermənistanda gərginlik gün keçdikcə daha da artır. Belə ki, Ermənistanın keçmiş prezidenti, “Respublika” partiyasının lideri Serj Sarkisyan əhalini küçə döyüşlərinə çağırıb.

Sarkisyanın fikrincə, ermənilərin 90 faizi Paşinyan hakimiyyətini satqın hesab edir. Onun fikrincə, Nikolun iqtidarına qarşı ermənilərin bu cür fikirdə olması 2026-cı il seçkilərinə də öz təsirini göstərəcək. Sarkisyan daha da irəli gedərək ermənilərin narazılığının küçə döyüşlərinə çevrilməsi ehtimalının böyük olduğunu da vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda xaos ALOVLANIR – Sarkisyan əhalini küçə döyüşlərinə ÇAĞIRDI


Qarşıdakı dövrdə Ermənistanı ciddi xaos, kəskin qarşıdurma gözləyir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, bu fikirlərilə Sarkisyan 2026-cı il seçkilərinin Ermənistan üçün çox çətin olacağının anonsunu verib:

“Ermənistanda dərin ictimai-siyasi böhran yaşanır. Ermənistan baş naziri Paşinyanın idarəetmədə uğursuz siyasəti və onun beynəlxalq münasibətlər sisteminə yanaşmasındakı qeyri-adekvat reaksiyalar bu ölkədə vəziyyətin nə qədər gərgin olduğunun göstəricisidir. Əslində Sarkisyan həm də bir növ 2026-cı il seçkilərinin Ermənistan üçün çox çətin olacağının anonsunu verir”.

Həmsöhbətimiz deyir ki, Paşinyanın sonuncu açıqlama və çağırışları Ermənistanın konstitusion quruluşunu dəyişməyə yönəlik cəhdlərin olacağını da söyləməyə əsaslar verir:

“Bunlar isə təhlükəli tendensiyalardır. Yaşanan böhranı idarə edə bilməyən qüvvələrin bu prosesdə müxtəlif siyasi tələblər qarşısında aciz qaldığı da göz önündədir. Paşinyan böhranı ona görə idarə edə bilmir ki, öz reytinqinin aşağı düşdüyünün fərqindədir”.

Politoloqun fikrincə, Sarkisyanın verdiyi açıqlama 2026-cı il seçkilərinin də ciddi konfrantasiya şəraitində keçəcəyinin anonsudur:

“Ermənistanda dövlətçilik institutu da aşağı səviyyədədir. Paşinyanın komandasında yekdil, səmimi, dürüst fikir yoxdur. Bütövlükdə Sarkisyan açıq formada etiraf edir ki, yaxın zamanlarda Ermənistanda küçə döyüşləri baş verə bilər. Bu isə vəziyyətin ciddiliyindən xəbər verir. Yəni 2026-cı il seçkiləri hakimiyyət və revanşistlər üçün çətin ziddiyyətləri və konfrantasiyanı özündə birləşdirəcək”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
7
bizim.media

1Mənbələr