AZ

Türkiyənin əlinə oynayacaq: Rusiyaya qarşı bu sanksiyaların ləğvi

Bank sektorunda Rusiyaya qarşı sanksiyaların ləğvi Türkiyənin əlinə oynaya bilər.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ankaradakı diplomatik mənbə bildirib.

O deyib ki, belə bir qərar bank və ticarət əlaqələrinin inkişafına təkan verə biləcəyi üçün zəruridir.

Bildirilir ki, ölkə ikinci dərəcəli sanksiyalar qorxusu səbəbindən 2024-cü ilin ortalarında hesablaşmalarda və rublla bank hesablarının açılmasında çətinlik çəkməyə başlayıb. 2025-ci ilin martında dövlət bankı "Ziraat"ın filiallarından birinin nümayəndəsi agentliyə bildirib ki, Türkiyə dövlət bankları hələ də rubl hesabları açmır və ölkələr arasında köçürmələrlə bağlı problemlər qalmaqdadır.

Seçilən
4
publika.az

1Mənbələr