AZ

Titanikdə sağ qalan sərnişinin məktubu rekord qiymətə satıldı

"Titanik"də sağ qalan sərnişinin məktubu rekord qiymətə, 300 min funt sterlinqə satılıb.

Ölkə.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Məlumata görə, bu məktub, "Titanik"lə bağlı indiyədək satılan ən bahalı məktubdur. Əvvəlcədən hərrac təşkilatçıları məktubun 60 min funt sterlinqə satılacağını gözləyirdilər.

Məktubun müəllifi, birinci dərəcəli sərnişin olan polkovnik Arçibald Qreysi "Titanik haqqında həqiqət" adlı kitab da yazıb. Həmin kitabda o, 15 aprel 1912-ci ildə baş verən və 1500 nəfərin həyatına son qoyan faciə ilə bağlı təəssüratlarını bölüşüb.

Məktub 10 aprel 1912-ci ildə, polkovnik gəmidə yerini tutduğu gün yazılıb və 11 aprel saat 15:45-də Kvinstaun şəhərinə, daha sonra 12 apreldə Londona göndərilib. Məktubda o yazırdı: "Bu, möhtəşəm bir gəmidir, amma onun haqqında fikrimi səyahətim bitəndən sonra bildirəcəyəm".

Qreysi gəmi fəlakətindən sağ çıxaraq tərsinə çevrilmiş xilasedici qayığa qalxa bilmişdi. Lakin bu hadisədən sonra onun sağlamlığı bərpa olunmadı və səkkiz ay sonra vəfat etdi.

Həmidə İbrahimova

Seçilən
4
olke.az

1Mənbələr