AZ

Ançelotti gedir – “Real”ı dünya çempionatına kim çıxaracaq?

“Real”ın baş məşqçisi Karlo Ançelotti yaxın günlərdə klubun prezidenti Florentino Pereslə görüşəcək.

Msport.az ESPN-ə istinadən xəbər verir ki, tərəflər italiyalı mütəxəssisin komandadan ayrılmasını müzakirə edəcək.

İddiaya görə, Ançelotti və Peres istefa barədə razılığa gələcəklər. Baş məşqçi La Liqanın son turunda “Real Sosedad”la oyundan sonra vəzifəsini tərk edəcək.

Abçelottinin gedişindən sonra Madrid təmsilçisini klublararası dünya çempionatına kimlərin çıxaracağı də bəllidir. Baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq futbol üzrə direktor müavini Santyaqo Solari, “Kastilya”nın baş məşqçisi Raul Qonzales və ya gənclər komandasının məşqçisi Alvaro Arbeloa icra edəcək.

Qeyd edək ki, “Real” La Liqada 33 turdan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Seçilən
3
27
msport.az

10Mənbələr