AZ

Yəməndə faciə: Miqrantların saxlanıldığı həbsxana bombalandı, onlarla insan həyatını itirdi

Yəməndə

"Al Masirah" telekanalı xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Yəmənin şimal-qərbində yerləşən Saada şəhərinə endirdiyi hava zərbəsi faciəyə səbəb olub.Afrikalı miqrantların saxlanıldığı mərkəz hədəfə alınaraq bombalanıb.Son məlumatlara görə, hücum nəticəsində 68 nəfər həyatını itirib, 47 nəfər isə ağır yaralanıb.Əvvəlki rəqəmlər 35 ölü və 50 yaralı olaraq göstərilsə də, vəziyyətin ağırlaşması yeni itkiləri ortaya çıxarıb.Həkimlər yaralıların böyük əksəriyyətinin vəziyyətini kritik qiymətləndirirlər. "Al Masirah" bildirir ki, hücum zamanı mərkəzdə 115 miqrant saxlanılırdı.Yanğın, dağıntılar və insan tələfatı — Saada yenidən qan içində.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Şuşa – Qəlbimizin Zirvəsi, Tariximizin İşığı - VİDEO

Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO

Sumqayıtda dəniz kənarında qanunsuz tikili söküldü FOTO - VİDEO

Seçilən
1
ulusum.az

1Mənbələr