AZ

Mask: Beş il ərzində robotlar ən yaxşı cərrahları əvəz edəcək...

Cəmi beş ildən sonra cərrah robotlar tibbi əməliyyatların keyfiyyətinə görə ən yaxşı cərrahları geridə qoya biləcəklər...

Polqon xəbər verir ki, bu iddia ilə ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) kuratoru milyarder İlon Mask deyib.

“Robotlar bir neçə il ərzində yaxşı cərrahları, təxminən beş ildən sonra isə ən yaxşı cərrahları geridə qoyacaq”, deyə iş adamı X sosial şbəkəsində yazıb.

İş adamı qeyd edib ki, özünə məxsus “Neuralink” şirkəti beyinə elektrodların implantasiyası üçün robotlardan istifadə etməyə məcbur olub, çünki insan əlləri belə əməliyyatı lazımi sürət və dəqiqliklə yerinə yetirmək iqtidarında deyil.

Qeyd edək ki, Maskın 2016-cı ildə əsası qoyulan “Neuralink” startapı insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayıb. Sahibkar hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.

Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr