AZ

Pekinlə münasibətləri gücləndirmək o deməkdir ki, Azərbaycan daha çox dəstək, dost qazanır



"Çin böyük və güclü bir dövlətdir. Prezidentin Çinə dövlət səfəri Azərbaycanın dünyada nüfuzunu artıra bilər. Pekinlə münasibətləri gücləndirmək o deməkdir ki, Azərbaycan daha çox dəstək, dost qazanır. Bu, həm də ölkəmizə investisiya cəlb etmək, yeni layihələrə başlamaq imkanı yaradır".

Bu fikirləri Newscenter.az-a Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin sədrinin hüquqi işlər üzrə müavini Dürdanə Qaraşova dövlət başçısının Çinə səfərini şərh edərkən səsləndirib. Səfərin gətirəcəyi dividendlərə gəlincə, Dürdanə Qaraçova hesab edir ki, Çin şirkətləri burada iş qurmaq məqsədilə Azərbaycanda yeni fabriklər, zavodlar aça bilər:

"Azərbaycan da öz növbəsində neft, kənd təsərrüfatı məhsullarını Çinə daha çox sata bilər. Təhsil, texnologiya və turizm sahələrində də əməkdaşlıq genişlənə bilər.

Çinlə əməkdaşlığın siyasi və iqtisadi faydasına gəldikdə isə onu deyə bilərəm ki siyasi baxımdan böyük dövlətlər Azərbaycanı daha ciddi qəbul edəcək. Azərbaycanın söz haqqı artacaq. Qarabağ məsələsində də Çinin neytral və ya dost mövqeyi ölkəmiz üçün üstünlük hesab edilə bilər".

Dürdanə Qaraşova qeyd edib ki, iqtisadi baxımdan Çin böyük bazardır:

"Mallarımızı ora sata bilərik, yeni texnologiyalar gətirə bilərik. Çin krediti və investisiyası ilə ölkəmizdə böyük layihələr reallaşa bilər".

Süleyman
Seçilən
2
newscenter.az

1Mənbələr