ABŞ-də Elizabeth City Dövlət Universitetinə silahlı hücum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Ölən şəxsin tələbə olmadığı, yaralıların xəstəxanaya aparıldığı vurğulanıb.
Hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra kampus müvəqqəti bağlanıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.