BAKI, 28 aprel. TELEQRAF
“Həyat yoldaşım xəstəxanadadır, səhhəti hazırda yaxşıdır”.
Bunu Teleqraf-a müğənni Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyeva deyib.
Qeyd edək ki, Əli Mirəliyev Mərdəkan qəsəbəsində yerləşən bağ evində iş görərkən yıxılıb və ayağı sınıb. Müğənnini xəstəxanaya yerləşdirilib. Əməliyyat edilən Əli Mirəliyevin ayağına gips qoyulub.