İşçilərin qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur.
“Report” xəbər verir ki, bu, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının baş katibi Luk Trianginin Bakıda “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransdakı videomüraciətdə bildirilib.
Onun sözlərinə görə, bu boşluqlardan istifadə edərək müəssisələr öz məsuliyyətlərindən yayınırlar:
“Bütün riskləri işçilərin üzərinə atır, hüquqi boz zonada fəaliyyət göstərir, ədalətli şərait təmin edəcək tənzimləmələrə qarşı çıxır. Sözügedən məsələ yalnız platforma işçilərinə deyil, texnologiyanın sahələr üzrə yayıldığı bütün işçi qüvvəsinə "aşağıya doğru yarış" formasında təsir edir".