AZ

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin nəzərinə

BAKI, 28 aprel. TELEQRAF

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 4-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Seçilən
2
4
teleqraf.com

3Mənbələr