İsraillilər işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.
İsrail polisinin himayəsində olan onlarla israil vətəndaşı qrup halında Əl-Əqsanın həyətinə girərək, basqın ediblər.
Operativ Media xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi "WAFA" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail qruplaşması Əl-Əqsa məscidinin həyətində təxribat xarakterli ekskursiya həyata keçirib.