AZ

Papuaşvili: Gürcüstan hələ də Qərb orbitində qalır və yeni səhifə açmağa hazırdır

Gürcüstan hələ də Qərb orbitində qalır, ölkənin qapıları açıqdır və 30 illik strateji tərəfdaşlıqda dostlarına sadiqdir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamenti sədri Şalva Papuaşvili bildirib.

Parlament sədri Gürcüstanın Qərb ilə əlaqələrinin davam etdiyini və gələcəkdə yeni mərhələyə keçməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, seçkilərdən altı ay sonra “Gürcü arzusu” partiyası cəmiyyətə zəfər inamı qaytarıb.

Papuaşvili qeyd edib ki, partiya yalnız öz seçicilərinə deyil, həm də müxalifət seçicilərinə göstərib ki, “Gürcü arzusu” yalnız Gürcüstanın və onun milli maraqlarının xidmətindədir.

Sədrin fikrincə, ölkədəki sabitlik, təhlükəsizlik və inkişafın yeganə zəmanəti yalnız məsuliyyətli hökumətdir. O, beynəlxalq vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, hakimiyyətin tərəfdaşlarını, əsasən müxalifət tərəfdaşlarını Gürcüstanın milli maraqlarına uyğun olan tələbləri qəbul etməyə məcbur etdiyini bildirib.

“Bu proses hələ tamamlanmayıb, amma yerli özünüidarəetmə seçkiləri müstəqilliyin möhkəmlənməsi yolunda mühüm bir mərhələ olacaq”, - deyə Papuaşvili əlavə edib.

Seçilən
1
report.az

1Mənbələr