İranda ölkənin infrastrukturuna edilən kütləvi kiberhücumun qarşısı alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Behzad Əkbəri bu barədə X sosial media hesabından paylaşdığı açıqlamada bildirib.
dünən “mürəkkəb və hərtərəfli” olaraq xarakterizə etdiyi kiber hücumun qarşısı alındığını bildirib.
Əkbəri açıqlamasında qeyd edib ki, Rabitə İnfrastruktur Şirkəti və Rabitə Nazirliyinin təhlükəsizlik və texniki qruplarının işi ilə dünən ölkənin infrastrukturunu hədəf alan hərtərəfli və kompleks kiber hücumlardan biri təsbit edildi və qabaqlayıcı tədbirlər görüldü.
İran rəsmisi hadisə ilə bağlı əlavə məlumat verməyib.