AZ

Dövriyyədə olan dövlət qiymətli kağızlarının ödəmə müddəti üzrə bölgüsü açıqlanıb

Bakı. Trend:

Bu ilin 1 aprel tarixinə dövriyyədə olan 8,8 milyard manatməbləğində dövlət qiymətli kağızlarının 16 faizi 1 illik, 73,8faizi 2 və 3 illik, 10,2 faizi isə 5 il və daha artıq müddətlidövlət qiymətli kağızlarının payına düşür.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 1 aprel 2025-ci il tarixinə dövriyyədə olandövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1,33 təşkiledib.

“Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli(3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə(5-7 illik) malik dövlət istiqrazlarına isə marağın olmaması dövlətistiqrazları üzrə OÖM-nin son illər ərzində aşağı düşməsinə səbəbolub”, - məlumatda qeyd olunub.

Dövlət istiqrazları üzrə xərclər

2025-ci ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlətistiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsasborc ödənişləri, 110,4 milyon manat məbləğində isə faiz və diskontödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.

Seçilən
1
az.trend.az

1Mənbələr