AZ

“Əl-Hilal” Osimhenlə danışıqlara başladı

“Əl-Hilal” “Napoli”nin hücumçusu Viktor Osimhen üçün danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, danışıqların təfərrüatları hələlik açıqlanmayıb. Futbolçu hazırda “Qalatasaray”da icarə əsasında çıxış edir. Onun “Napoli” ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində 36 oyuna çıxıb, 31 qol vurub və bütün turnirlərdə 7 məhsuldar ötürmə edib. Onun müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsi var.

Seçilən
4
idmanxeber.az

1Mənbələr