AZ

Gürcüstan Prezidenti Ermənistana gedir

Gürcüstan prezidenti Mixail Kavelaşvili nümayəndə heyəti ilə birlikdə bu gün Ermənistana rəsmi səfər edəcək.

Mixeil Kavelaşvilinin Ermənistana səfəri

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Zvartnots hava limanında qarşılanma və görüşlər planı

Bildirilib ki, Kavelaşvilini Zvartnots beynəlxalq hava limanında Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan qarşılayacaq.

Səfər çərçivəsində Mixeil Kavelaşvili həmkarı Vaaqn Xaçaturyanla təkbətək və geniş tərkibdə görüş keçirəcək, daha sonra tərəflər mətbuata birgə bəyanat verəcəklər.

Gürcüstan nümayəndə heyətinin tərkibi və digər görüşlər

Mixail Kavelaşvili Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə də görüşəcək.

Gürcüstan nümayəndə heyətinə Mixeil Kavelaşvilinin Administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, Gürcüstan parlamenti sədrinin birinci müavini Giorgi Volski, deputatlar Samvel Manukian, Sumbat Kiuregiani və prezidentin xarici işlər üzrə müşaviri Luka Exvaia daxildir.

Seçilən
3
5
operativmm.az

6Mənbələr