Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkəarasında iqtisadi və ticarət əlaqələrini çeşidləndirməklə yanaşı,İranın Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əlaqələringüclənməsi üçün platforma ola bilər.
Trend-inməlumatına görə, bunu İran parlamentinin enerji məsələləri üzrəkomitəsinin sədr müavini Ramazanəli Səngdovini IRNA-yaaçıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan əsasında regional əməkdaşlıqşəbəkəsinin yaradılması İranın ticarət şəriklərini artırmaqlayanaşı, məhdud bazarlara asılılığı da azaldacaq.
Səngdovini qeyd edib ki, Tehran-Bakı münasibətlərinin yüksəlməsisərhəd bazarlarının fəaliyyətinn artması və ixracinfrastrukturlarının yaxşılaşması ilə nəticələnə bilər. İranınƏrdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərininçeşidli məhsulları vardır. Azərbaycanla sərhədlərdə sərhədbazarlarının fəaliyyətinin artırılması önəmli və təyinedici rolasahib ola bilər.
“İranda hazırkı hökumət iqtidara gəldikdən sonra iki ölkəninqaz, neft, texniki və strateji sahələrdə əməkdaşlığı üçün birgəişçi qrupu yaradılıb. Bu qrup hazırda fəaliyyətini davam etdirir.Region və dünyada enerjinin əhəmiyyətini nəzərə aldıqda, ikiölkənin münasibətləri bu sahələrdə daha da inkişaf edə bilər.
Azərbaycan İranın şimalında yerləşən önəmli qonşulardan biridir.Hansı ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində önəmli rolasahibdir və İran və Azərbaycan yol, dəmiryol və dənizyükdaşımlarında effektiv əməkdaşlığa sahib ola bilər”, - deyə obildirib.