AZ

ABŞ-də nüfuzlu universitetlər Trampa qarşı birləşir


Amerikanın bir neçə nüfuzlu universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyasının siyasətinə qarşı çıxanları əlaqələndirəcək assosiasiya yaradıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.
Hazırda qeyri-rəsmi qrupa 10-a yaxın universitet qoşulub. Onlardan bəziləri “Ivy League”in (“Sarmaşıq Liqası”nın) bir hissəsidir. Liqanın tərkibində Harvard, Yel, Pensilvaniya, Prinston, Kolumbiya universiteti kimi nüfuzlu universitetlər var.
Həmçinin, bu ali təhsil müəssisələrinin əksəriyyəti demokratların üstünlük təşkil etdiyi ştatlarda yerləşir.
Ehtimal ki, qrup öz siyasətini koordinasiya etmək üçün universitetlərin ABŞ administrasiyasına nə dərəcədə güzəştə getməyə hazır olduğunu müəyyən edəcək.
Seçilən
6
yeniavaz.com

1Mənbələr