AZ

Le Penin siyasi varisi Fransa prezidenti olmaq istəyir

Bakı. Trend:

Fransanın qatı sağçı “Milli Birlik” partiyasının lideri JordanBardella 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməyəhazır olduğunu, lakin yalnız Marin Le Penin seçkilərdə iştirakınaqadağa qoyulacağı təqdirdə bu addımı atacağını bəyan edib.

Trend xəbər verirki, bu barədə fransız müxalifət lideri “Le Parisien” qəzetinəverdiyi müsahibədə danışıb.

“Burada heç bir ikimənalılıq yoxdur: Marin Le Pen mənimnamizədimdir. Əgər onun sabah seçkilərdə iştirakına əngəlyaratsalar, sizə deyə bilərəm ki, mən öz namizədliyimi irəlisürəcəyəm”, - deyə Bardella bildirib.

Xatırladaq ki, martın 31-da Fransa məhkəməsi Marin Le Pen vəpartiyanın səkkiz deputatını “parlament assistentləri” işi üzrətəqsirli bilib. O, dörd il müddətinə azadlıqdan məhrum edilib ki,həmin müddətin iki ilini şərti olaraq keçirəcək. Bundan başqa onunbeş il ərzində dövlət vəzifələrinə seçilməsi qadağan edilib. Hökm2027-ci il prezident seçkilərinə qədər ləğv olunmasa, Le Pen ondaiştirak edə bilməyəcək.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr