Bakı. Trend:
Hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələrmövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqlarıqorunur, əmək şəraiti təkmilləşdirilir.
Trend xəbərverir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilkkollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma vəsüni intellektin iş yerlərinə təsiri" konfransında Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentiMəmməd Musayev deyib.
O bildirib ki, 2024-cü ildə yeni imzalanan kollektivmüqavilələrin sayı əvvəlki illə müqayisədə 14% artıb: "Bu rəqəmlərbizə açıq şəkildə göstərir ki, əməyin mühafizəsi təkcə sosialməsələ deyil bu, milli təhlükəsizlik və davamlı inkişafməsələsidir".
"Əmək mühafizəsi sahəsində tarixi baxımdan önəmli bir hadisəolan 1905-ci ildə imzalanan ilk kollektiv müqavilə işçi vəişəgötürən arasında münasibətlərin rəsmi və qarşılıqlı razılaşmaəsasında tənzimlənməsinə təkan verdi. O gündən bu günə kollektivmüqavilələr yalnız hüquqi sənəd deyil, sosial dialoqun təməlsütununa çevrildi", - deyə M.Musayev əlavə edib.