Bakı. Trend:
Əməyin mühafizəsi üzrə normativ çərçivənin təkmilləşdirilməsiməqsədilə indiyədək 58 milli standart təsdiq edilib, əlavə olaraq111 dövlət standartının hazırlanması istiqamətində işlər davametdirilməkdədir.
Trend xəbərverir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilkkollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma vəsüni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalininsosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, eyni zamanda, Əməyin Mühafizəsi Mərkəziişəgötürənlərlə müqavilə əsasında əməkdaşlıq edərək onlara peşəkarxidmətlər təqdim edir:
"Ölkənin bütün regionlarında, xüsusilə işğaldan azad edilmişərazilərdə mütəmadi olaraq təşkil olunan təlimlər və maarifləndirmətədbirləri əhalinin bu sahədə bilik və bacarıqlarının artırılmasınaxidmət edir".
"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “DOST Müfəttiş”layihəsi həyata keçirilir ki, bu da işəgötürənlərə dəstəyin yenibir müstəvidə göstərilməsidir. Belə ki, layihədə könüllü iştiraküçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektronaltsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insanresurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostikqiymətləndirmələr aparılır, mövcud boşluqlar aşkar edilir, onlarınhəlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkilolunur.
2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi busahədə institusional potensialın gücləndirilməsində mühüm roloynayır. Mərkəz iş yerlərinin attestasiyasının həyata keçirilməsi,maarifləndirici tədbirlərin təşkili və əməyin təhlükəsizliyi iləbağlı praktiki mexanizmlərin tətbiqi sahəsində vacib funksiyalaricra edir", - deyə A.Əliyev bildirib.