AZ

Azərbaycanın bank sektoru birinci rübdə 1,3 milyard manata yaxın böyüyüb

Bakı. Trend:

Bu ilin ilk rübündə bankların cəmi aktivləri 54,9 milyard manattəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə bank sektorunun cəmi aktivləri2,4% və 1,3 mlrd. manat artıb.

Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 2,6% və ya 1,3milyard manat artaraq təqribən 48 milyard manata, balans kapitalıisə 1,2% və ya 81,7 milyon manat artaraq 6,9 milyard manatayüksəlib.

Eyni zamanda hesabat dövründə bankların kredit portfeli 1% və ya284.8 milyon manat artaraq 27,9 milyard manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53,6% (14,935 milyon manat);

ıı) istehlak kreditləri – 30,9% (8,603.6 milyon manat);

ııı) ipoteka kreditləri – 15,5% (4,338.5 milyon manat).

Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,8 milyard manat) millivalyutada, 33.6%-i (4,959 milyon manat) xarici valyutadadır. Fizikişəxslərin əmanət portfelinin 61.1%-i (9 milyard manat) müddətliəmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri martayında 2.3% və ya 204.7 milyon manat artıb. Hüquqi şəxslərintələbli depozitləri 16,8 milyard manat olmaqla, hüquqi şəxslərincəmi depozit portfelinin 74.5%-ni təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2025-ci ilin martayında ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz bəndi azalaraq33.1% təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında banklar 253.3 milyon manatxalis mənfəət, 402.7 milyon manat məbləğində əməliyyat mənfəətiəldə ediblər. Cari ilin I rübündə banklar tərəfindən ümumilikdə61.7 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr