AZ

Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Bakı, 28 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 63 min 289 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 56 min 728-i rəsmi məktub və telefon zəngi, 6 min 561-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.

Seçilən
2
1
azertag.az

2Mənbələr