Elazığın Sivrice rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin internet saytında yer alan məlumata görə, zəlzələ saat 22:09-da qeydə alınıb.
Zəlzələnin 11,31 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Zəlzələ Malatya və Adıyamanda da hiss olunub.
Günel Məlikzadə