AZ

Daxili dövlət borcu 658,4 milyon manat azaldı

BAKI, 28 aprel. TELEQRAF

Azərbaycanın bu il aprelin 1-nə daxili dövlət borcu 18 milyard 1,3 milyon manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Maliyyə Nazirliyinin məlumatına görə, daxili dövlət borcu 2025-ci ilin 1 yanvarı ilə müqayisədə 658,4 milyon manat azalıb.

Hesabat tarixinə daxili dövlət borcunun 8.847,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşüb.

Seçilən
0
teleqraf.com

1Mənbələr