Almaniya çempionatının 31-ci turunda “Maynts”la oyun “Bavariya”nın hücumçusu Tomas Müllerin Bundesliqada 500-cü matçı olub.
Msport.az xəbər verir ki, almaniyalı bu göstəriciyə çatan 13-cü oyunçudur.
Müller həm də Bundesliqada 500 görüşün hamısını eyni klubda keçirən 4-cü futbolçudur. Bu nailiyyəti daha əvvəl Karl-Haynts Körbel (“Ayntraxt” – 602 oyun), Manfred Kalts (“Hamburq” – 581) və Mihael Lamek (“Bohum” – 518 oyun) əldə etmişdi.
Ümumilikdə isə Tomas Münhen klubunun heyətində bütün turnirlərdə 748 oyun keçirib.