AZ

Bank sektoru ilk rübdə 1,3 mlrd. manata yaxın böyüyüb

Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri bu ilin apreli 1-nə  54,855.6 mln. manat, cəmi öhdəlikləri 47,960.7 mln. manat, balans kapitalı 6,894.9 mln. manat olub.

FED.az bu barədə Mərkəzi Bankın aylqı statistim bülleteninə istinadən xəbər verir.

Mart ayında bankların aktivləri 2.4% (1,294 mln. manat), öhdəlikləri 2.6% (1,212.3 mln. manat), balans kapitalı isə 1.2% (81.7 mln. manat) artıb.

 Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 mln. manat artaraq 27,877.1 mln. manat olub.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.6% (14,935 mln. manat); istehlak kreditləri – 30.9% (8,603.6 mln. manat, ipoteka kreditləri – 15.5% (4,338.5 mln. manat) təşkil edib.

Seçilən
6
fed.az

1Mənbələr