Ukrayna Çexiyanın silah-sursat tədarükü təşəbbüsü çərçivəsində bu il aprelin sonuna kimi daha 400 min iriçaplı mərmi alıb.
Herbiand.az bildirir ki, bunu CNN Prima News-a müsahibəsində Çexiyanın müdafiə naziri Jana Çernoxova deyib.
O, jurnalistlərlə söhbətində qeyd edib ki, 2024-cü ildə Ukrayna Çexiyanın vasitəçiliyi ilə təxminən 1,5 milyon müxtəlif çaplı sursat alıb: “2025-ci ildə təşəbbüs üçün vəsait payıza qədər veriləcək”.
Müdafiə naziri bildirib ki, bu təşəbbüsü həyata keçirmək üçün Çexiya Kanada, Norveç, Danimarka və Niderland, eləcə də digər ölkələrdən əlavə maliyyə vəsaiti alıb: “Belçika da layihədə iştirak edəcəyinə söz verib. Biz dünyanın hər yerindən əldə edə bildiyimiz qədər döyüş sursatı çatdıracağıq. Bizim hələ də kifayət qədər resursumuz var. Hazırda bu resurslar daha bir milyon yarıma yaxındır”.
Jana Çernoxova həmçinin bildirib ki, Çexiyanın bu təşəbbüsü davam etdirib-etdirməməsi donorlardan asılıdır.
Bəxtiyar CƏFƏRLİ