AZ

Qızılın qiyməti yenidən bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti  0,28% artaraq 3 307,5 ABŞ dollarına bərabər olub.

Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.

Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.

Aytac

Seçilən
10
5
anews.az

6Mənbələr