AZ

Tramp: Putin məni məyus elədi

BAKI, 28 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini Ukrayna ilə sülh sazişini imzalamağa çağırıb.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri Rusiyanın bu yaxınlarda Kiyevə endirdiyi raket zərbəsi ilə bağlı Putindən məyus olduğunu da dilə gətirib.

Tramp bildirib ki, Rusiya prezidentinin müharibəni bitirməkdə ciddi olub-olmadığını dəqiq deyə bilməyəcək.

Onun fikrincə, Putin müharibəni dayandırmağa hazır olduğunu nümayiş etdirməlidir.

“İstəyim budur ki, atəşi dayandırsın, oturub müqavilə bağlasın. Düşünürəm ki, müqavilənin konturları var. İstəyim budur ki, müqaviləni imzalasın və bununla bitsin və öz həyatına qayıtsın”, - Tramp Putin haqqında söyləyib.

Seçilən
4
3
teleqraf.com

4Mənbələr