AZ

Ançelottini gətirəcəyi deyilən Ali Koç qərarını açıqladı

"Fənərbaxça" prezidenti Ali Koç Joze Mourinyonun klubdakı karyerası ilə bağlı danışıb. Metbuat.az xəbər verir ki, o bildirib ki, klub çempion olmaq üçün səy göstərib. O, məşqçi və futbolçularla görüşdüyünü onlara dəstək olduğunu ifadə edib. Ali Koç Joze Mourinyo ilə daha bir il müqavilənin olduğunu xatırladaraq, onunla davam edəcəklərini ifadə edib. O, heyətin Mourinyo tərəfindən qurulduğunu və futbolçuların seçimi barədə məşqçinin işinə müdaxilə etmədiklərini irəli sürüb.

Qeyd edək ki, mövsümün sonunda Joze Mourinyonun "Fənərbaxça"dan istefaya göndəriləcəyi irəli sürülmüşdü. “Real”ın məşqçisi Karlo Ançelottinin adı “Fənərbaxça” ilə hallanmışdı.

Seçilən
7
metbuat.az

1Mənbələr