AZ

Naxçıvanın keçmiş baş nazirinin imzaladığı qərarlar ləğv edildi - SİYAHI

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli bir sıra qərarı ləğv edilib.

Valyuta.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın Baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı qərarlar ləğv olunub:

  1. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 16 nömrəli Qərarının 1-ci və 2-ci hissələri;
  2.  “Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli 2 nömrəli Qərarı;
  3.  “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 17 nömrəli Qərarı;
  4.  “Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 18 nömrəli Qərarı;
  5. “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 19 nömrəli Qərarı;
  6. “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 20 nömrəli Qərarı;
  7.  “Naxçıvan Muxtar Respublikasında müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 52 nömrəli Qərarı.

Xatırladaq ki, ləğv olunan qərarları həmin dövrdə muxtar respublikanın baş naziri vəzifəsində çalışan Əlövsət Baxşıyev imzalayıb. Ə.Baxşıyev 1994-1998-ci illərdə muxtar respublikanın maliyyə naziri, 1998-2000-ci illərdə maliyyə-iqtisadiyyat naziri, 2000-2020-ci illərdə isə baş naziri vəzifələrində çalışıb.

Seçilən
5
valyuta.az

1Mənbələr