BAKI, 28 aprel. TELEQRAF
Əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı556 min və ya 42,4% artıb.
Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan konfransda deyib.
O bildirib ki,bu artımın 90%-i özəl sektorun payına düşüb.
Nazir qeyd edib ki, müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb.