AZ

Bakıda keçiriləcək WUF13 nədir?

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasına ev sahibliyi edəcək. 

Azərbaycanın paytaxtı Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) on üçüncü sessiyasına ev sahibliyi edəcək

Bəs WUF13 nədir?

Operativ Media xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumu urbanizasiyaya dair dünyanın əsas qlobal konfransıdır. Forum BMT-Habitat tərəfindən iki ildən bir çağırılır. 

İlk dəfə 2002-ci ildə keçirilib və əsas məqsədi dünyada şəhərsalma, şəhərlərin davamlı inkişafı, şəhər problemləri və innovativ həll yolları barədə qlobal səviyyədə fikir mübadiləsi aparmaqdır.

Sonuncu Dünya Şəhərsalma Forumu (WUF12) 2024-cü ilin 4-8 noyabr tarixlərində Misirin Qahirə şəhərində keçirilib. Həmin tədbirdə rekord sayda iştirakçı - 182 ölkədən 37 min nəfərdən çox şəxs iştirak edib. Tədbirə bəzi ölkələrin prezidentləri, Baş nazirləri və şəhər merləri qatılıblar.

Azərbaycanda artıq gələn il keçiriləcək nəhəng tədbirlə bağlı hazırlıqlara başlanılıb. 

Anar Quliyev WUF13-ün milli koordinatoru təyin edilib.

Seçilən
0
operativmedia.az

1Mənbələr