AZ

Sədərək rayonunda Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə tədbir keçirilib

  Sədərək Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pərviz Ağayev, YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, səhiyyə işçiləri və məsul şəxslər iştirak ediblər.

YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Sədərək Rayon İcra Hakimiyyətinin başçısının müavini Pərviz Ağayev, Sədərək rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev, Yeni Azərbaycan Partiyasının üzvləri Vüsalə Əliyeva, Nərgiz Salahova və Məsumə Tağıyeva çıxış edərək bildiriblərki ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkədə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu olan Zərifə xanımın elm üçün gözəl tədqiqatçı, övladlarına qayğıkeş valideyn olduğunu qeyd edib, onun elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulayıblar. Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil etdiyi fundamental əsərləri barədə geniş məlumatlar veriblər.

Seçilən
7
referans.az

1Mənbələr