Slovakiyada Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendumun keçirilməsi üçün petisiya yaxın həftələrdə Prezident Aparatına təqdim olunacaq.
Publika.az xəbər verir ki, bu barədə DOMOV siyasi partiyasının lideri Pavol Slota “Sputnik”-ə bildirib.
"Aprelin 18-də referendum bəyannaməsi üçün qanuni minimum 350 min olan imzanı aşdıq. Lakin biz 400 min imza limitini təyin etdik. Çünki rəsmi monitorinq orqanı bəzi imzaları şübhə altına qoya və onları tanımaya bilər. Ona görə də kifayət qədər ehtiyata malik olmaq istəyirik. Son həftələrdə imza toplama səyləri əhəmiyyətli dərəcədə sürətləndiyinə görə, petisiya siyahılarını qarşıdakı həftələrdə Prezident Aparatına təqdim edəcəyimizə inanırıq. Lakin hələlik konkret müddət müəyyən edilməyib”, - Slota qeyd edib.
Slovak siyasətçi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Slovakiyaya mənfi təsirini heç olmasa minimuma endirmək üçün səy göstərməyə çağırıb.