Braziliya Futbol Konfederasiyası “Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelottinin yayda Braziliya millisinə rəhbərlik edəcəyinə əmindir. Vətəninfo.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb.
İyunun 15-də ABŞ-da başlayacaq Klublararası Dünya Çempionatı öncəsi Ançelottinin “Real Madrid”in baş məşqçisi postunu tərk edəcəyi gözlənilir.
Ançelotti milli komanda səviyyəsində ən çox maaş alan məşqçi olacaq.
Braziliya millisinin baş məşqçisi postu Dorival Juniorun qovulduğu mart ayından boş qalıb.
Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”i çalışdırıb və 2021-ci ildə ikinci dəfə bu vəzifəyə təyin edilib.