AZ

Azərbaycan bankları faizlərdən yüksək gəlir əldə etdilər

BAKI, 28 aprel. TELEQRAF

Bu il aprelin 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar faizlərdən 1 milyard 134.9 milyon manat gəlir əldə ediblər.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya görə, bu ilin birinci rübündə faiz xərcləri isə 399 milyon manat olub. Nəticədə, banklar 716.5 milyon manat xalis faiz gəliri əldə ediblər.

Faiz gəlirlərinin 79,1 faizi kredit faizlərindən əldə olunub. Kredit götürənlər yanvar-mart aylarında 897.8 milyon manat faiz ödəyiblər.

Banklar qazandıqları faizlərdən cəmi 298.9 milyon manatını banka depozit yerləşdirənlərə ödəyib.

Seçilən
4
teleqraf.com

1Mənbələr