AZ

Yüksək qan təzyiqinə səbəb olan 4 qidalanma səhvi

Yüksək qan təzyiqinə səbəb olan

Hipertoniya, qan təzyiqinin normadan artıq olması ilə xarakterizə olunur və həm genetik faktorlar, həm də həyat tərzi ilə sıx bağlıdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kardiologiya mütəxəssisi Prof. Dr. Olcay Özveren düzgün qidalanmanın xəstəliyin inkişafı və nəzarətində əsas rol oynadığını vurğulayır.

Əvvəllər yalnız yaşlılara aid edilən hipertoniya bu gün yeniyetmələrdə və uşaqlarda da artıb. Çəki artımı, pis qidalanma vərdişləri, hərəkətsizlik və stress bu tendensiyanı gücləndirir. Hipertoniya uzun müddət əlamət vermədən ürək, beyin, böyrəklər kimi həyati orqanlara zərər vura və ciddi fəsadlara səbəb ola bilər. Buna görə qan təzyiqinin müntəzəm yoxlanılması vacibdir.

Xəstəliyin əsas risk faktorları arasında genetika, diabet, tiroid problemləri, düzgün olmayan qidalanma, artıq çəki və stresli həyat tərzi yer alır.

Hipertoniya riskini artıran əsas qidalanma səhvləri bunlardır:

1. Həddindən artıq duz istehlakı: Gündəlik duz miqdarını 5 qramdan az saxlamaq tövsiyə olunur.

2. Doymuş yağlarla zəngin pəhriz: Qızardılmış yeməklər və yağlı ətlər hipertoniya riskini artırır.

3. Kalium çatışmazlığı: Banan, avokado, kartof və lobya kimi kaliumla zəngin qidaların istehlakı vacibdir.

4. Həddindən artıq spirt istehlakı: Alkoqol təzyiqi artıraraq nəzarəti çətinləşdirir.

Hipertoniya tez-tez "səssiz qatil" adlandırılır, çünki simptomlar yalnız ciddi mərhələdə üzə çıxır. Baş ağrısı, ürəkdöyünmə, nəfəs darlığı, başgicəllənmə və yorğunluq ən çox rastlanan əlamətlərdir. Təzyiq qəfil yüksələndə isə təcili tibbi yardım vacibdir.

Könül Oruc

E-saglam.az


Seçilən
3
e-saglam.az

1Mənbələr