AZ

Bank sektorunda xalis mənfəət 20 faizə yaxın azalıb

2025-ci ilin yanvar-mart aylarında (ilk rübdə) banklar 253,3 milyon manat xalis mənfəət, 402,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin I rübündə banklar tərəfindən ümumilikdə 61.,7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Marja.az xəbər verir ki, bu Mərkəzi Bankın "Statistik bülleten - Mart 2025" hesabatında bildirilir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk rübündə banklar 311.,5 mln. manat xalis mənfəət, 444,6 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. Ötən ilin yanvar-mart aylarında banklar tərəfindən ümumilikdə 72.9 milyon manat məbləğində mənfəət vergisi (2023-cü ilin müvafiq dövründə 68.4 milyon manat) ödənilmişdi.

Beləliklə, bank sektorunun xalis mənfəəti 2025-ci ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 58,2 milyon manat və ya 18,8% azalıb. 

 

Seçilən
1
marja.az

1Mənbələr