AZ

Trampın dərman tarifləri ildə 51 milyard dollara başa gəlir

Yazını böyüt
Yazını kiçilt

Yeni hesabata görə, prezident Donald Trampın xarici dərman idxalına 25 faiz rüsum tətbiq etməklə hədələməsi ABŞ-da dərman xərclərini təxminən 51 milyard dollar artıracaq. Hələlik tətbiq olunmayan tariflər qüvvəyə minərsə, dərmanların qiymətləri və digər xərclər 12,9 faizədək arta bilər.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, 2023-cü ildə ABŞ 203 milyard dollar dəyərində əczaçılıq məhsulları idxal edib ki, bunun da 73 faizi Avropadan, ilk növbədə İrlandiya, İsveçrə və Almaniyadan gəlir.

Həmin il ABŞ-da istehsal olunan dərmanların ümumi satışı 393 milyard dollar təşkil edib.

22 aprel tarixli hesabat, üzvlərinə Amgen, Bristol Myers Squibb, Eli Lilly və Pfizer daxil olan ABŞ-ın əsas əczaçılıq lobbisi olan Amerika Əczaçılıq Tədqiqatçıları və İstehsalçıları (PhMRA) tərəfindən hazırlanıb.

Hesabat ictimaiyyətlə paylaşılmayıb.

Hesabat Tramp administrasiyası dərman idxalını araşdıracağını elan etdikdən sonra, xarici əczaçılıq istehsalı ilə bağlı milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək hazırlanıb.

Hazırda 21 günlük ictimai şərh müddəti davam edir və bu müddət ərzində fərdlər, təşkilatlar və digər maraqlı tərəflər təklif olunan siyasət və ya qaydaların yekunlaşdırılmasına kömək etmək üçün məlumat verə bilərlər.

Məlumata görə, idxal olunan aralıq məhsullar və ya idxal olunan hazır məhsullar üzrə gömrük rüsumlarının istehlakçılara nə dərəcədə keçəcəyi bəlli deyil. Bundan əlavə, ABŞ-da dərman vasitələrinin təxminən 25 faizi ixrac olunur. Ernst & Young-a görə, 2023-cü ildə cəmi 101 milyard dollarlıq ixracat həyata keçirilib.

Seçilən
19
hafta.az

1Mənbələr