AZ

"Atalanta"nın hücumçusu İnzaqinin rekordunu təkrarlayıb

İtaliyanın "Atalanta" klubunun hücumçusu Mateo Reteqi Filippo İnzaqinin rekordunu təkrarlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bunu A Seriyasının XXXIV turunda, "Leççe" (1:1) ilə matçda reallaşdırıb.

Oyunda fərqlənən argentinalı hücumçu üçün bu qol cari mövsüm İtaliya çempionatında 24-cü olub. F.İnzaqi "Atalanta"da oynayarkən eyni sayda qolu 1996/1997 mövsümündə vurmuşdu.

Qeyd edək ki, M.Reteqi bu mövsüm "Atalanta"nın heyətində bütün yarışlarda meydana çıxdığı 45 matçda 27 qol vurub.

Seçilən
8
1
report.az

2Mənbələr