AZ

Məsud Pezeşkianın səfəri: Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Bakı. Trend:

Bu gün İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərəgəlir. Səfər iki qonşu ölkə arasında münasibətlərin yeni səhifəsiniaçacaq. Rəsmi vizit Cənubi Qafqazın geosiyasi mənzərəsinin sürətlədəyişdiyi, iqtisadi maraqların və strateji hesablamaların bütünoyunçulardan daha çox çeviklik və uzaqgörənlik tələb etdiyi birdövrə təsadüf edir.

Azərbaycan və İran bu məqama fərqli gözləntilərlə yanaşır, lakinhər iki tərəf bir məsələdə həmfikirdir: qeyri-müəyyən siyasətlərdövrü arxada qalıb, indi real və qarşılıqlı faydalı ittifaqlarqurmaq zamanıdır.

2025-ci ilin Cənubi Qafqazı sadəcə böyük güclərin toqquşanmaraqlar sahəsi deyil. Bu, Çin ticarət marşrutlarının, Rusiyanıniddialarının, Türkiyənin təsirinin və Azərbaycanın artanmüstəqilliyinin kəsişdiyi bir coğrafiyadır. Azərbaycanın 44 günlükVətən müharibəsində qazandığı qələbə və ölkəmizin ərazibütövlüyünün tam bərpası regiondakı güc balansını dəyişdi.Ermənistan artıq "münaqişə girovu" statusunu itirdi, 30 il erməniişğalında qalmış Qarabağsa qəti şəkildə Bakının suverenliyi altınaqayıtdı.

Bu yeni reallıq qarşısında İran çətin bir seçim qarşısındaqaldı: ya ehtiyatlı siyasət yürütməyə davam etmək, ya daAzərbaycanla möhkəm və praqmatik münasibətlərin qurulmasına qətişəkildə qərar vermək. Uzun müddət tərəflər arasında manevr etməyəçalışan Tehran anlayır ki, sabit, güclü və suveren Azərbaycantəhlükə deyil, əksinə, bir imkandır. Məsud Pezeşkianın Bakıyasəfəri də məhz bu yeni reallığın qəbulunun simvoludur.

Əvvəla, Azərbaycanla İran arasındakı iqtisadi əməkdaşlıq aşkarşəkildə canlanır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi580 milyon ABŞ dollarına çatıb və bu, 2023-cü illə müqayisədə 20faiz artım deməkdir. Təbii ki, Azərbaycanın Türkiyə, Çin və Rusiyailə milyard dollarlıq ticarət dövriyyələri fonunda bu rəqəm hələlikkifayət qədər böyük təsir bağışlamır.

Buna görə də Bakı və Tehran qarşılarına iddialı bir məqsədqoyublar: qarşıdakı beş il ərzində qarşılıqlı ticarət dövriyyəsini10 milyard dollara çatdırmaq. Bu, sadəcə bir rəqəm deyil, hər ikiiqtisadiyyat üçün çağırış, inzibati maneələrin aradan qaldırılması,logistikanın sürətləndirilməsi və özəl investisiyaların təşviqitələb edən bir islahat proqramıdır.

İranın yollar və şəhərsalma naziri Fərzanə Sadıq açıq şəkildəbəyan edib: İran, Qərb sanksiyalarının davam etdiyi şəraitdə,Azərbaycanı yeni bazarlara çıxış və iqtisadiyyatını şaxələndirməküçün əsas tərəfdaş kimi görür.

Yeni əməkdaşlıq mərhələsinin parlaq nümunələri arasındainfrastruktur layihələri xüsusi yer tutur. Həmin layişələr arasındaRəşt-Astara dəmir yolu əlahiddə önəm kəsb edir. Belə ki, uzunzamandır gözlənilən bu magistralın 2025-ci ildə tamamlanmasınəzərdə tutulur. Bu layihə İranı Azərbaycan üzərindən Rusiya vəAvropa ilə birləşdirəcək və Cənubi Qafqazı Avrasiya üçün mühümnəqliyyat qovşağına çevirəcək. Hidroenergetikanı unutmayaq: ötənsənə Araz çayı üzərində Xudafərin və Qız Qalası su qovşaqlarıistifadəyə verildi. Bu obyektlər 400 min hektardan çox torpaqsahəsinin su və elektrik enerjisi təminatını həyata keçirəcək ki,bu da dəyişən iqlim şəraitində həyati əhəmiyyət daşıyır. Və təbiiki, Şərqi Zəngəzur–Naxçıvan nəqliyyat dəhlizinin İran ərazisindənkeçən marşrutu. Ermənistanın iradəsindən asılı olmayan alternativmarşrutun açılması Azərbaycanın daxili əlaqəliliyini gücləndirməkləyanaşı, regionun logistika imkanlarını da xeyli artıracaq.

Sadaladığımız layihələr onu göstərir ki, Bakı və Tehran gələcəyəyönəlmiş bir strategiya ilə hərəkət edir və uzunmüddətlitərəfdaşlıq üçün infrastrukturu indidən qururlar.

Məsud Pezeşkianın səfərində biznesin rolu xüsusi vurğulanır.İran nümayəndə heyətinin tərkibində 120-dən çox özəl sektortəmsilçisi, həmçinin İranın şimal-qərb bölgələrindən dörd vilayətinqubernatorları və millət vəkilləri yer alır.
Bu, sadəcə protokol addımı yox, özəl investisiyaların inkişafınaşüurlu şəkildə edilən böyük bir yatırım çağırışıdır. İran anlayırki, biznesin fəal iştirakı olmadan 10 milyard dollarlıq ticarəthədəfi reallığa çevrilə bilməz.
Səfər çərçivəsində sərhəd bölgələrində birgə sənaye parklarınınyaradılması, yeni logistika mərkəzlərinin qurulması və kəndtəsərrüfatı layihələri üzrə çoxsaylı razılaşmaların imzalanmasıgözlənilir.

Başqa sözlə, Bakı və Tehran sadəcə dövlətlərarası sazişlərədeyil, həm də canlı iqtisadiyyata, real insanlara və real kapitalasöykənən bir əməkdaşlıq modelini seçirlər. Bu isə uzunmüddətlimünasibətlərin ən etibarlı təməlidir.

İran prezidentlərinin Azərbaycana rəsmi səfərləri tarixiehtiyatlı, lakin ardıcıl yaxınlaşma xəttini əks etdirir:

2007-ci il: Mahmud Əhmədinejad Bakıya gəlir.Energetika və vizaların sadələşdirilməsi sahəsində mühümrazılaşmalar imzalanır.

2018-ci il: Həsən Ruhani sənaye, kəndtəsərrüfatı və turizm sahələrində yeni razılaşmalar imzalayır.

2024-cü il: İbrahim Rəisi Azərbaycan Prezidentiİlham Əliyevlə birbaşa dövlət sərhədində görüşür - bu, Azərbaycanınsuverenliyinə ehtiramın rəmzi bir ifadəsi olur.

İndi isə estafeti Məsud Pezeşkian qəbul edir. Onun Bakıya səfəritəkcə bir ənənənin davamı deyil. Bu, diplomatiyanın praqmatikiqtisadiyyata, ehtiyatlılığın isə şüurlu strateji seçimə çevrildiyiyeni bir mərhələnin başlanğıcıdır.

Azərbaycan-İran münasibətlərini Qarabağ məsələsində Tehranınmövqeyini nəzərə almadan təhlil etmək mümkün deyil. İllər boyu İranqeyri-müəyyən bir xətt yürüdürdü: bir tərəfdən Azərbaycanın ərazibütövlüyünü tanıyır, digər tərəfdən isə bölgədə Türkiyənintəsirinin artmasından ehtiyatlanaraq İrəvanla flirt edirdi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixiqələbədən sonra İran yeni bir reallıqla üz-üzə qaldı: QarabağAzərbaycandır. Və artıq heç bir pərdəarxası manevr bu gerçəyidəyişə bilməz.

Bu gün Tehran, görünür, bunu getdikcə daha dərindən anlayır.Məsud Pezeşkianın Bakıya səfəri də məhz köhnə səhifəni bağlamaq vəBakıya suverenliyə və qarşılıqlı maraqlara əsaslanan səmimitərəfdaşlıq təklif etmək cəhdi kimi qiymətləndirilə bilər.

Bu, ciddi bir dönüşdür. Lakin etimad bir günün içində qurulmur.Qarşıda niyyətlərin və səmimiyyətin uzun və çətin sınaq yoludayanır.

Bəhs etdiyimiz məqamlarpla bahəm, Azərbaycan Çinlə əməkdaşlığınısürətlə dərinləşdirir. 2024-cü ildə Bakı ilə Pekin arasındaimzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannaməgeosiyasi bir zəlzələ effekti yaratdı.

Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünün, xüsusilə də Orta(Transxəzər) dəhlizinin mühüm halqasına çevrildi. Bu isə obyektivolaraq Bakının hər hansı regional oyunçudan, o cümlədən İrandanasılılığını azaldır.

Tehran bunu çox yaxşı anlayır: Azərbaycan indi alternativinkişaf yollarına malikdir və öz maraqlarını daha sərt şəkildəmüdafiə edə bilir.

Belə durumda İran üçün həyati əhəmiyyət kəsb edən bir sualyaranır: Bakı üçün cəlbedici, faydalı və hörmətə layiq tərəfdaşolmaq.

Cənubi Qafqazda yeni bir nizam formalaşır. Dünya sürətlə və sərtşəkildə dəyişir. Kim uyğunlaşa bilməsə, tarix səhnəsindən kənardaqalacaq.

Azərbaycan enerji, nəqliyyat və beynəlxalq diplomatiyasahələrindəki uğurlu təcrübəsinə söykənərək bu yeni nizamın əsasmemarlarından birinə çevrilir.
İran isə təsir dairəsini qorumaq istəyirsə, keçmişin ikilisiyasətlərindən imtina etməli və Azərbaycana açıq əllərlə, realtəkliflərlə yaxınlaşmalıdır. Boş bəyanatlarla yox, konkret vəqarşılıqlı faydalı təşəbbüslərlə.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcənövbəti diplomatik nəzakət addımı deyil. Bu, bir gerçəklikanıdır.

Bu gün həm Azərbaycan, həm də İran qarşısında eyni sual dayanır:biz sadəcə qonşu olmaqla kifayətlənəcəyik, yoxsa gerçək stratejimüttəfiqə çevriləcəyik? Biz bölgədə dondurulmuş münaqişələrə, ikilistandartlara və gizli oyunlara yer olmayan yeni bir düzən qurmağahazırıqmı?

Suala veriləcək cavab Cənubi Qafqazın gələcək onilliklərdəkisimasını müəyyən edəcək.

Azərbaycan gələcəyə inamla, açıq gözlərlə və möhkəm əlləirəliləyir. İran isə indi öz seçimini etməlidir.

Və ilk addıma - Pezeşkianın səfərinə - baxsaq, dayanıqlı vəqarşılıqlı faydalı tərəfdaşlıq qurmaq şansının hələ də mövcudolduğu görünür.

Seçilən
3
1
az.trend.az

2Mənbələr