Arne Slot “Liverpul” tarixində İngiltərə çempionluğunu qazanan 10-cu baş məşqçi olub.
Msport.az xəbər verir ki, onun komandası Premyer Liqanın 34-cü turunda “Tottenhem”i 5:1 hesabı ilə məğlub edərək, vaxtından əvvəl çempionluğu təmin edib.
Bu, həm də “qırmızılar”ın 20-ci İngiltərə çempionluğudur. Komandaya ən çox qızıl medalı 6 dəfə isə Bob Peysli qazandırıb.
Slot həm də debüt mövsümündə Premyer Liqa çempionluğunu əldə edən 6-cı mütəxəssisdir. Daha əvvəl Joze Mourinyo (“Çelsi”, 2004/05), Karlo Ançelotti (“Çelsi”, 2009/10), Manuel Pelleqrini (“Mançester Siti”, 2013/14), Klaudio Ranyeri (“Lester”, 2015/16) və Antonio Konte (“Çelsi”, 2016/17) bunu bacarmışdı.
Arne Slot eyni zamanda İngiltərə Premyer Liqasını qazanan ilk niderlandlı baş məşqçi kimi tarixə düşüb.