“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 185-ci qolunu vurub.
Msport.az xəbər verir ki, misirli forvard 34-cü turda “Tottenhem”lə oyunda (5:1) fərqlənərək bunu reallaşdırıb.
Bununla ulduz futbolçu “Mançester Siti”nin sabiq forvardı Serxio Aqueronu geridə qoyaraq, İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran əcnəbi olub.
Salah Premyer Liqa tarixinin ən məhsuldar oyunçuları siyahısında isə 5-ci yerə yüksəlib. O, indi yalnız Endi Koul (187), Ueyn Runi (208), Harri Keyn (213) və Alan Şirerdən (260) geri qalır.
Qeyd edək ki, “Liverpul” bu qələbə sayəsində vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.