AZ

Sallivan Tramp-Zelenski görüşünü "ümid işığı" adlandırdı

"ABC News"un yaydığıməlumata görə, o, ABŞ dövlət başçısı Donald Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə Romada keçirdiyi görüşü “ümidin ilk işığı” adlandırıb.

Tramp Makronu qovub?| VİDEO
“Nə deyək, bu görüş mənə uzun müddət sonra ilk ümid işığını göstərdi. Çünki mən prezident Trampın Vladimir Putinin Rusiyanın qeyri-qanuni olaraq ilhaq etdiyi Krımı tanımasını da görmüşdüm”, - Sallivan qeyd edib.

O, məsləhətlərini də verib. Siyasətçi təəssüflə bildirib ki, hətta Çin belə Krımı Rusiyanın bir hissəsi kimi tanımadığı halda prezident Tramp ruslara bunu edəcəyini deyir. Keçmiş müşavir həmçinin xatırladıb ki, ABŞ prezidenti Rusiya lideri Vladimir Putinə Ukraynanın NATO-ya üzv olmayacağına dair vəd verib. Bu da azmış kimi Ağ Ev rəhbəri Rusiyanın işğalçılıq müharibəsinə başlayandan bəri nəzarət altına aldığı bütün əraziləri özündə saxlayacağına razılaşır.

Tural Tağıyev
AzVision.az

Seçilən
8
azvision.az

1Mənbələr