AZ

Antonio Rüdiger hakimə qarşı səhvini etiraf etdi

Məlum olduğu kimi, “Real”ın almaniyalı mərkəz müdafiəçisi Antonio Rüdiger İspaniya Kral Kubokunun finalında hoqqa çıxarıb.

Arena.az xatırladır ki, “Real”ın əlavə vaxtda 2:3 (əsas vaxt 2:2) hesabı ilə məğlub olduğu oyunun əlavə vaxtının təzminat müddətində (120+3) Rüdiger Bilbaonu təmsil edən, oyunun baş hakimi Rikardo de Burqos Benqoeçeaya təpinib.

Əsəblərini cilovlaya bilməmiş Rüdiger ehtiyat oyunçular skamyasındakı buz dolabından buz parçalarını hakimə tərəf atıb, ədalət təmsilçisini “it oğlu”, “idbar” adlandırıb. Rüdigeri buna, “Real”ın Kilian Mbappe ilə hücumunun qarşısının rəqib oyunçu Erik Qarsiya tərəfindən qayda pozuntusu ilə alınmasından sonra, hakimin oyunu dayandırması təhrik edib. Yolverilməz davranışı nəticəsində Rüdiger birbaşa qırımızı vərəqə alıb.

Oyundan sonra Rüdiger səhvini etiraf edib:

“Buna bəraət yoxdur. Mən bir qələt eləmişəm…”, deyə Rüdiger vurğulayıb.

Vurğulanır ki, yolverilməz davranışı səbəbilə Antonio Rüdiger 4 oyundan 12 oyuna qədər cəza ilə üzləşə bilər. İntizam Komitəsi hadisə üzrə təhqiqat apardıqdan sonra, qərarını açıqlayacaq.

Seçilən
1
arena.az

1Mənbələr