Azərbaycanda hamıdan çox 2 futbolçu çempion tituluna layiq görülüb.

Offsideplus.az xəbər verir ki, dünən "Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub. Bununla da, o, Mahmud Qurbanova çatıb.

B.Hüseynov 2012-ci ilin yayından "Qarabağ"da çıxış edir. 34 yaşlı müdafiəçi bütün titullarını elə Ağdam klubunda qazanıb. O, 2014-2020-ci və 2021-2025-ci illərdə ölkə çempionatlarında qızıl medallara sahib çıxıb.

Veteran futbolçu Mahmud Qurbanov isə 6 fərqli klubda 11 dəfə çempionluq sevinci yaşayıb. "Professor" ləqəbli sabiq yarımmüdafiəçi “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) çempion olub.